AZERFAX TV

70 milyondan çox insan Mbappenin “qələmini qırdı”

Fransalı hücumçu Kilian Mbappenin “Real Madrid”dən getməsi üçün yaradılmış petisiyanı 70 milyondan çox insan imzalayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə məlumatlar mbappeout.replit.app saytında əks olunub.

“Mbappe Out” adlanan petisiya mayın 5-də yaradılıb. Azarkeşlərin narazılığına səbəb olan amillərdən biri oyunçunun aktrisa Ester Eksposito ilə birlikdə Sardiniya adasına istirahətə yollanması olub. Bu hadisə klubun Çempionlar Liqasından kənarlaşdığı və İspaniya çempionatında Barselona ilə mübarizə apardığı bir vaxtda baş verib.

2026-cı ilin aprel ayının sonunda futbolçuda sol bud nahiyəsində əzələ zədəsi diaqnozlaşdırılıb. Bu zədə səbəbindən o, mövsümün qalan hissəsini buraxa bilər. Mayın 5-də isə Mbappenin komandanın məşqçilər heyətinin üzvü ilə münaqişə yaşaması barədə xəbərlər yayılıb. Media orqanlarının məlumatına görə, hadisə aprelin 24-də baş tutan Betis ilə matçdan əvvəl qeydə alınıb. Mbappe məşq oyununda onun ofsaydda olduğunu bildirən əməkdaşın ünvanına qəzəbli və təhqiramiz ifadələr işlədib.

Həmçinin bildirilir ki, Mbappe klubdan Vinisiusun satılmasını tələb edib. Jurnalist Fransua Qallardo qeyd edib ki, futbolçunun anası Fayza Lamari artıq Real prezidenti Florentino Peresə analoji xahişlə müraciət edib. Əgər Vinisius Realda qalsa, Mbappe klubu tərk edəcək.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button