AZERFAX TV

75 ölkəyə viza qadağası ləğv edildi

ABŞ-da federal məhkəmə prezident Donald Tramp administrasiyasının 75 ölkə vətəndaşlarına immiqrant vizalarının verilməsini dayandıran qərarını ləğv edib.

AZERFAX.AZ xəbər verir ki, Manhetten Federal Məhkəməsinin hakimi Janett Varqas qərarı açıq şəkildə qanunsuz hesab edib. Hakim bildirib ki, vətəndaşlığa əsaslanaraq viza verilməsinin tamamilə dayandırılması federal immiqrasiya qanunvericiliyinə ziddir.

ABŞ Dövlət Departamenti yanvar ayında Braziliya, Kolumbiya, Misir, Haiti, Somali və Rusiya da daxil olmaqla təxminən 40 ölkənin vətəndaşlarının immiqrant viza müraciətlərini dayandırmışdı. Administrasiya qərarı ABŞ-da dövlət yardımından yararlana biləcək şəxslərin ölkəyə girişinin qarşısını almaqla əsaslandırmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button