AZERFAX TV
ABŞ BCM prezidentini sanksiyalarla “vurdu”

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prezidenti, yapon hakim Tomoko Akana qarşı sanksiyalar tətbiq edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Akane, Vaşinqtonun Haaqa mərkəzli Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalarının son hədəfinə çevrilib. ABŞ keçmişdə dəfələrlə məhkəmənin hərəkətlərinə qarşı çıxıb.
Xüsusilə, Vaşinqton İsrailin Baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın Qəzza zolağında müharibə cinayətləri ittihamları ilə həbs orderləri verməsini qınayıb.
ABŞ həmçinin Əfqanıstanda Amerika əsgərləri tərəfindən törədilən iddia edilən cinayətlərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin araşdırmasına qarşı çıxır.
Hüseyn İbadlı



