AZERFAX TV

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq etdi

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etmək qərarı verib.

AZERFAX.AZ xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.

Vaşinqton BCM ilə əməliyyatları qadağan etməyi, məhkəmənin resurslarını və gələcək fəaliyyət imkanlarını məhdudlaşdırmağı planlaşdırır. Onun sözlərinə görə, Tramp administrasiyası məhkəmənin amerikalıları təqib etməsinə imkan verməyəcək.

ABŞ Maliyyə Nazirliyinin Amerika maraqlarını qorumaq məqsədilə bəzi məhdudiyyətlərdən müvəqqəti istisnalar nəzərdə tutan lisenziyalar verəcəyi bildirilir.

Bu cür sanksiyalar ABŞ-da qeydiyyatdan keçmiş şirkətlərin məhdudiyyətlərə məruz qalan qurumlarla əməkdaşlığını məhdudlaşdıra, bank hesablarının bağlanmasına, sığorta təminatının dayandırılmasına və proqram təminatı xidmətlərinin kəsilməsinə səbəb ola bilər.

Qeyd edək ki, qərar məhkəmənin keçmiş hakimlərindən biri Navi Pillayın Nobel Sülh Mükafatına layiq görülməsindən cəmi bir neçə saat sonra verilib.

İsrailin Baş naziri Benyamin Netanyahu da Vaşinqtonun qərarını dəstəkləyib. O, BCM-ni demokratik dövlətlərə və milli suverenliyə təhlükə yaradan siyasi qurum adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button