Ölkə

11 uşaqda dərman reaksiyası yarandı

Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman reaksiyası ilə bağlı hadisə TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırılır.

Bu barədə AZERFAX.AZ-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, istifadə olunmuş dərman vasitəsindən müvafiq nümunələr götürülüb.

“Uşaqlara dərhal zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların vəziyyəti stabil qiymətləndirilir və diaqnozlarına uyğun müalicələri davam etdirilir. Onlardan 4-ünün vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, sözügedən uşaqlar respirator virus infeksiyası səbəbilə hadisədən əvvəl xəstəxanada müalicə alıblar”, – deyə məlumatda qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button