AZERFAX TV

ABŞ-dan Ukrayna ilə bağlı yeni addım: Danışıqlar sürətləndirilir

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner Ukraynadakı münaqişənin həlli istiqamətində səylərini gücləndirirlər.

AZERFAX.AZ TASS-a istinadla xəbər verir ki, vəziyyətdən məlumatlı mənbə Uitkoff və Kuşnerin danışıqlar üzrə fəaliyyətinin aktivləşdiriləcəyini bildirib.

Qeyd olunub ki, hər iki şəxs artıq Ukrayna tərəfi ilə telefon əlaqəsi saxlayıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynadakı münaqişənin həllinə töhfə verə biləcək istənilən ölkənin səylərini alqışladığını bildirib.

Kreml həmçinin Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar üçün Moskvaya dəvətinin qüvvədə qaldığını bir daha təsdiqləyib.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button