Ölkə

Azərbaycan millisi Türkiyə ilə qarşılaşacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirəcək.

AZERFAX.AZ xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşacaq.

İstanbulun “Sinan Erdem” İdman Sarayında keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Cütün qalibi 1/4 finalda Almanya – Belçika görüşünün qalibi ilə üz-üzə gələcək.

Faiq Qarayevin komandası qrup mərhələsində Milli Gimnastika Arenasında 8 xal toplayıb. C qrupunu üçüncü sırada tamamlayan Azərbaycan millisi pley-offa vəsiqə əldə edib.

Cütün qalibi 1/4 finalda Almanya – Belçika görüşünün qalibi ilə üz-üzə gələcək.

Related Articles

Bir cavab yazın

Back to top button