ABŞ hakimiyyəti təcili tədbirlər gördü

Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti avtomobil yanacağını ucuzlaşdırmaq üçün təcili tədbirlərə əl atıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Breitbart News” portalı məlumat yayıb.
ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) sentyabrın 1-dən etibarən yanacağa dair ekoloji tələblərə müvəqqəti güzəştlərin tətbiq olunacağını elan edib. Qurum bu yolla daxili benzin tədarükünü artırmağı planlaşdırır.
“Energetika Nazirliyi ilə razılaşdırılaraq, EPA-nın istisnaları “E10” markalı benzinin (10 faiz etanol qarışığı olan benzin) Reyd üzrə daha yüksək doymuş buxar təzyiqi ilə satışına imkan verəcək”, – deyə materialda qeyd olunub.
Bu cür təcili tədbirlər sentyabrın 1-dən 15-dək qüvvədə olacaq, həmin tarixdən sonra benzinin buxarlanma dərəcəsinə dair yay standartları avtomatik olaraq daha yumşaq mövsümi normalarla əvəzlənəcək.
ABŞ hakimiyyəti ümid edir ki, qış standartlarına vaxtından əvvəl keçid ölkənin daxili bazarına benzin tədarükünü sutkada yüz minlərlə barel artırmağa kömək edəcək və bunun sayəsində yanacaqdoldurma məntəqələrində qiymətlər avtomatik olaraq aşağı düşəcək.
Hüseyn İbadlı



