Ölkə
Antarktidada mənfi 98 dərəcə soyuq qeydə alındı


Antarktidanın Şərqi Antarktika Yaylasında qar səthinin temperaturu -98°C-yə qədər düşüb. Bu, Yer kürəsində qeydə alınan ən ekstremal göstəricilərdən biridir.
AZERFAX.AZ xəbər verir ki, məlumat NASA və NOAA peyklərinin infraqırmızı sensorları vasitəsilə əldə edilib. Ekstremal soyuğun əsas səbəbləri yüksək hündürlük, quru hava, açıq səma və zəif küləklərlə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, belə temperatur insan orqanizmi üçün son dərəcə təhlükəlidir. Çox soyuq və quru hava tənəffüs yollarında qıcıqlanma və bronxospazma səbəb ola, qorunmayan bədən isə sürətlə istilik itirə bilər.
Qeyd edək ki, -98°C hava temperaturu deyil, qar səthinin temperaturudur və bu göstərici yaşayış olmayan ərazilərdə peyklərlə qeydə alınıb.



