AZERFAX TV
ABŞ hücuma keçdi: İranın şəhər və dəniz limanı vuruldu

ABŞ İranın Qeşm limanına və Bəndər-Abbas şəhərinə hücum edib.
AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə “Fox News” telekanalının jurnalisti Cennifer Qriffin özünün X hesabında paylaşım edib.
Qriffin yüksək rütbəli amerikalı rəsmiyə istinadla yazıb ki, ABŞ hərbçiləri az əvvəl İranın Qeşm limanına və Bəndər-Abbas şəhərinə zərbələr endiriblər.
Ötən gün IRIB agentliyi məlumat yayıb ki, İranın neft tankerini vurmağa cəhd etdikdən sonra Tehran Hörmüz boğazında ABŞ-ın hərbi gəmilərinə zərbə endirib.
Mayın 7-də Al Arabiya telekanalı Pakistandakı mənbələrə istinadla xəbər verib ki, İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin mərhələli şəkildə bərpası müqabilində dəniz blokadasının yumşaldılması barədə razılığa gəliblər.
Hüseyn İbadlı



