AZERFAX TV
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırdı

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın hərbi hədəflərinə qarşı yeni zərbələri başa çatdırıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə CENTCOM-un məlumatında deyilir.
Bildirilir ki, ABŞ qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun hava hücumundan müdafiə obyektləri, radar sistemləri, dəniz aktivləri və qurğuları, mina yerləşdirmə imkanları və rabitə obyektlərinə zərbələr endirib.
Qeyd olunur ki, zərbələr İranın Hörmüz boğazında kommersiya gəmiçiliyinə və Amerika hərbçilərinə qarşı son hücum cəhdlərindən sonra baş verib.
“Hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi fəaliyyət göstərir və ayıq-sayıq vəziyyətdədir. Baş Komandanın rəhbərliyi ilə əməliyyatları davam etdirməyə hazırdır”,- deyə məlumatda bildirilir.



