AZERFAX TV

ABŞ milyonlarla insana pul ayırdı

ABŞ Dövlət Departamenti dünya üzrə milyonlarla insana humanitar yardım məqsədilə 1 milyard dollardan çox vəsait ayırdığını açıqlayıb.

AZERFAX.AZ xəbər verir ki, ayrılan vəsaitlər BMT-nin iki əsas qurumuna – UNICEF və “World Food Programme” yönləndiriləcək.

Məlumata əsasən, UNICEF 218 milyon dollardan çox, “World Food Programme” isə 800 milyon dollardan artıq maliyyə dəstəyi alacaq.

Dövlət Departamentinin açıqlamasında bu qrantların qlobal humanitar əməliyyatları dəstəkləmək üçün nəzərdə tutulduğu və 40-dan çox ölkəni əhatə etdiyi bildirilir. Siyahıda Ukrayna da yer alıb.

Qeyd olunur ki, bu vəsaitlər ABŞ-ın “etibarlı icraçı təşkilatlar” vasitəsilə ayırdığı ikinci və üçüncü qlobal tranşlar kimi qiymətləndirilir.

Müəllif: Adəm

Related Articles

Bir cavab yazın

Back to top button