AZERFAX TV

ABŞ prezidentləri üçün yeni iqamətgah ünvanı

ABŞ prezidenti Donald Trampın Vest-Palm-Biç şəhərindəki qolf meydanının gələcək prezidentlərin istirahəti və mühüm görüşləri üçün iqamətgah kimi istifadə olunması təklif edilir. Layihənin təşəbbüskarının kim olduğu, nə qədər vəsait tələb edəcəyi və xərcləri kimin qarşılayacağı isə hələlik açıqlanmayıb.

AZERFAX.AZ xəbər verir ki, Trampın sözlərinə görə, bu ideyanı ona ABŞ Məxfi Xidməti və hərbçilər təklif ediblər.

O, Ağ Evdə keçirilən tədbirdə layihənin üstünlüklərindən danışaraq bildirib ki, qolf meydanının ətrafında hündür binalar və yaşayış evləri yoxdur. Bu isə ərazinin təhlükəsizliyinin təmin edilməsini asanlaşdıra bilər. Tramp Mar-a-Laqo malikanəsində qaldığı zaman Beynəlxalq Qolf Meydanında qolf oynayıb.

“The Palm Beach Post” nəşrinin məlumatına görə, qolf klubunun vəkili Palm-Biç dairəsinin səlahiyyətli şəxslərinə müraciət edərək obyektin prezident iqamətgahı elan olunmasını təklif edib. İqamətgahdan xarici ölkələrin dövlət başçıları da istifadə edə bilərlər.

Ağ Evin nümayəndəsi bildirib ki, ABŞ hökuməti gələcək prezidentlərin mühüm görüşlər keçirə və yüksək səviyyəli xidmətlərdən yararlana bilməsi üçün qolf meydanında prezident iqamətgahının yaradılması imkanının nəzərdən keçirilməsini istəyib.

Onun sözlərinə görə, obyekt Donald Trampın adını daşıyan beynəlxalq hava limanından avtomobillə bir neçə dəqiqəlik məsafədə yerləşir. Ərazidə hündür binaların və qolf meydanı boyunca yaşayış evlərinin olmaması, eləcə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün əlverişli şəraitin mövcudluğu layihənin əsas üstünlükləri kimi göstərilib.

Müəllif: Adəm Abbaslı

Related Articles

Bir cavab yazın

Back to top button