ABŞ tarixində ən böyük pivə oğurluğu baş verdi

ABŞ-ın Nyu-Cersi ştatının Montkler şəhərində naməlum şəxslər təxminən 40 min funt pivə – təqribən 50 min banka daşıyan yük avtomobilini oğurlayıblar.
AZERFAX.AZ “ABC News”a istinadla xəbər verir ki, “Pabst Blue Ribbon” istehsalçısı hadisə barədə sosial şəbəkələrdə məlumat verib və avtomobili qaçıranlara qeyri-adi təkliflə müraciət edib.
Şirkət avtomobili qaçıranlara yük maşınını qaytarmaq üçün 18 gün vaxt verib. Şərt göstərilən müddətdə yerinə yetirilərsə, pivə istehsalçıları polisə müraciət etməyəcəklərinə söz veriblər. Bundan əlavə, “Pabst Blue Ribbon” itkin düşmüş yükün tapılmasına kömək edəcək məlumata görə mükafat elan edib.
Bununla yanaşı, brendin nümayəndəsi şirkətin artıq yerli hüquq-mühafizə orqanları ilə əlaqə saxladığını təsdiqləyib və təhqiqata göstərilən köməyə görə onlara minnətdarlığını bildirib.
Hüseyn İbadlı



