AZERFAX TV
ABŞ toy mərasiminə zərbə endirdi

İranın Sirik şəhərində toy mərasiminin ən azı iki iştirakçısı ABŞ-nin İranın cənubuna endirdiyi zərbələr nəticəsində həlak olub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Hörmüzqan vilayəti qubernatorunun müavini Əhməd Nəfisi məlumat verib.
“Sirikin hücuma məruz qalması zamanı təəssüf ki, toy mərasiminin keçirildiyi yaşayış binasına zərbə endirilib. Hadisə nəticəsində iki nəfər həlak olub, mərasimdə iştirak edən çox sayda şəxs isə yaralanıb”, – deyə o, İran dövlət televiziyasının efirində bildirib.



