Rusiyanın hava məkanı bağlanır – Qonşu ölkə kükrədi


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı PUA hücumlarını artıracaqlarını açıqlayıb.
AZERFAX.AZ xəbər verir ki, Zelenski Rusiyanın hava məkanının təhlükəsiz olmayacağını bildirib. O, Rusiyanın hava məkanından istifadə edən aviaşirkətləri, sığorta şirkətlərini və əsas hava limanlarına uçuş həyata keçirən tərəfləri xəbərdar edib. “Rusiyanın hava məkanı faktiki olaraq bağlanacaq” deyən Zelenski, Ukraynanın mülki aviasiyanı və sərnişin təyyarələrini hədəf almadığını vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın səmasında pilotsuz uçuş aparatlarının sayının artması aviaşirkətlər tərəfindən nəzərə alınmalıdır. Ukrayna Prezidenti mülki aviasiyanın pilotsuz uçuş aparatlarının fəaliyyət göstərdiyi hava məkanında uçuş həyata keçirməməli olduğunu qeyd edib.
Zelenski Rusiya hakimiyyətinin hava məkanındakı təhlükələrlə bağlı lazımi məlumatlandırmanı həyata keçirmədiyini iddia edib.



