AZERFAX TV

Acun Ilıcalı məhkəmədə “Fənərbağça”ya qalib gəldi

“Fənərbağça”nın keçmiş vitse-prezidenti Acun Ilıcalı ilə klub prezidenti Aziz Yıldırım arasında yaranan loja qalmaqalında yeni qərar verilib.

AZERFAX.AZ xəbər verir ki, Ilıcalının “Chobani” stadionunda istifadə etdiyi lojanın müqaviləsi mövsümün əvvəlində ləğv edilmişdi. Klub rəhbərliyi həmin lojadan bundan sonra “Prezident lojası” kimi istifadə etməyi planlaşdırırdı.

Ilıcalı isə müqaviləyə xitam verilməsinin hüquqi əsasının olmadığını bildirərək məhkəməyə müraciət etmişdi. Onun sözlərinə görə, lojaya görə ödənişi kluba dəstək məqsədilə 3 il əvvəlcədən həyata keçirilib.

Aziz Yıldırım isə məsələ ilə bağlı açıqlamasında lojadan şəxsi məqsədlə deyil, “Fənərbağça” prezidentlərinin istifadəsi üçün yararlanılmalı olduğunu müdafiə etmişdi.

Məhkəmə avqustun 19-da Ilıcalının lehinə qərar çıxarıb. Qərara əsasən, loja Acun Ilıcalıya qaytarılmalıdır.

Bundan əlavə, 2026-2027 futbol mövsümünün sonuna qədər həmin lojaya dair üçüncü şəxslərə satış və ya devrin həyata keçirilməsi də müvəqqəti qadağan edilib. Beləliklə, təxminən bir aydır davam edən loja mübahisəsində hazırkı mərhələdə Acun Ilıcalı hüquqi üstünlük əldə edib.

Related Articles

Bir cavab yazın

Back to top button