Ölkə
Ukraynanın yeni müdafiə naziri bəlli oldu


Ukrayna parlamenti Yevgeni Xmaranı yeni müdafiə naziri seçib.
AZERFAX.AZ xarivi mediaya istinadən xəbər verir ki, 312 deputatın dəstəklədiyi Xmara 226 səs tələbini keçərək vəzifəyə təsdiqlənib. Onun namizədliyini Prezident Volodimir Zelenski irəli sürüb.
Qeyd edək ki, Xmara iyul ayında vəzifədən uzaqlaşdırılan Mixail Fedorovun ardından müdafiə naziri vəzifəsini müvəqqəti icra edirdi.
Fedorov isə vəzifədən ayrıldıqdan sonra Ukraynada seçkilərin keçirilməsi ilə bağlı çağırış edib. O, uzunmüddətli müharibə şəraitində belə ölkənin demokratik prosesə qayıtması üçün mexanizm hazırlanmalı olduğunu bildirib.
Xatırladaq ki, Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət davam etdiyi müddətdə ölkədə seçkilərin keçirilməsi mümkün deyil.


