AZERFAX TV

Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırıb qaçdı

Şəmkirdə yaşayış evi yandırılıb.

AZERFAX.AZ Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Xuluf kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1998-ci il təvəllüdlü Rauf Vəliyev ailə üzvləri ilə mübahisə etdikdən sonra yaşadığı evi yandırıb. O, daha sonra hadisə yerindən qaçıb.

Əraziyə Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button