AZERFAX TV
Alyaska sahillərində güclü zəlzələ baş verdi

Alyaska ştatının sahilləri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
İlk yeraltı təkanlar UTC vaxtı ilə saat 14:19-da (Bakı vaxtı ilə 18:19-da) Nikolski yaşayış məntəqəsindən 167 kilometr qərbdə qeydə alınıb. Ocaq 83 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Hüseyn İbadlı



