Ölkə

Paşinyandan dəmir yolu ilə bağlı diqqətçəkən açıqlama

Ermənistan və Rusiya arasında Ermənistan dəmir yolunun konsessiya əsasında idarə olunması ilə bağlı müzakirələr davam edir.

AZERFAX.AZ erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Paşinyan deyib ki, məsələ ilə bağlı vəziyyət dəyişməyib və tərəflər arasında müzakirələr davam etdirilir.

“Vəziyyət dəyişməyib, müzakirələr davam edir. Bu, çox həssas məsələdir. Bu, bizim mülkiyyətimizdir və biz öz mülkiyyətimizə istədiyimiz kimi sərəncam vermək imkanına malik olmalıyıq”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistanın dəmir yolu infrastrukturu hazırda Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları” şirkəti tərəfindən konsessiya müqaviləsi əsasında idarə olunur.

Related Articles

Bir cavab yazın

Back to top button