AZERFAX TV

“Ankoriç şifrələri” çözülür – Putin razılaşıb, amma…

Rusiya Ankoriçdə Birləşmiş Ştatların Ukrayna ilə bağlı müəyyən təklifləri ilə razılaşıb.

AZERFAX.AZ xəbər verir ki, bunu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının plenar sessiyası zamanı bəyan edib.

“Ankoriçilə bağlı olaraq – bizə müəyyən təkliflər irəli sürülmüşdü. Mən dedim: “Fikirləşmək lazımdır”, Ankoriçə gələrək ABŞ-ın təklifləri ilə razılaşdığımızı bildirdim. Biz Ankoriçdə öz təkliflərimizi deyil, ABŞ-ın təkliflərini müzakirə edirdik”, – o qeyd edib.

Rusiya lideri həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı təkliflərində Rusiya üçün mürəkkəb qərarlar mövcuddur. Lakin Moskva bunun düzgün istiqamətdə irəliləyiş olduğunu başa düşür.

2025-ci il avqustun 15-də Alyaskanın Ankoriç şəhərindəki Elmendorf-Riçardson hərbi bazasında Putin və Trampın görüşü baş tutub. ABŞ liderinə dövlət katibi Marko Rubio və Amerika liderinin xüsusi elçisi Stiv Uitkoff, Putinə isə Rusiya XİN başçısı Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov qoşulublar.

Daha əvvəl Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Moskva Vaşinqtonun Ukraynadakı münaqişənin nizamlanması üzrə konstruktiv təkliflərini dinləməyə hazırdır. Diplomat istənilən təşəbbüslərin Rusiyanın milli maraqlarını nəzərə almalı olduğunu bildirmişdi.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button