Bu bürclər birlikdə daha uğurlu olur


Bəzi bürclər bir araya gəldikdə bir-birini tamamlayaraq uğurlu əməkdaşlıq qura bilirlər. Bu cütlüklərin ortaq məqsədlərə çatmaqda daha güclü olduğu düşünülür.
AZERFAX.AZ xəbər verir ki, xüsusilə 3 bürc ikilisi diqqət çəkir.
Oğlaq və Əqrəb
Oğlaq və Əqrəbin intizamı, qətiyyəti və məqsədyönlülüyü bir-birini tamamlayır. Oğlaq planlı yanaşması ilə istiqamət müəyyənləşdirir, Əqrəb isə öz enerjisi və əzmkarlığı ilə bu prosesi gücləndirir.
Əkizlər və Qoç
Qoçun cəsarəti ilə Əkizlərin enerjisi və yaradıcılığı bir araya gəldikdə yeni ideyaların ortaya çıxması asanlaşır. Astroloji şərhlərə görə, Qoç hərəkətə keçməyə, Əkizlər isə istiqamət müəyyənləşdirməyə meyllidir.
Şir və Dolça
Şirin özünəinamı ilə Dolçanın orijinal ideyaları bu cütlüyü fərqləndirir. Astroloji yanaşmalarda onların yeni fikirləri diqqətçəkən layihələrə çevirmək baxımından uyğun tərəfdaşlıq yarada biləcəyi qeyd olunur.



