AZERFAX TV

Argentina Futbol Assosiasiyasının rəhbəri hava limanında saxlanıldı

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Dünya Çempionatının final oyunundan sonra Nyu-York hava limanında Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapianı saxlayıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Argentinanın TN telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, təşkilatın liderindən və digər üzvlərindən kompüterlər və mobil telefonlar müsadirə edilib.

Məhkəmə sənədlərinə görə, Tapia assosiasiyanın xəzinədarı Pablo Tovinyo və AFA lideri ilə əlaqəli iş adamı Xavyer Faroni iyulun 30-da Florida ştatının Cənub rayonunda ifadə verəcəklər.

Hadisə AFA ilə əlaqəli maliyyə və kommersiya əməliyyatları ilə bağlı araşdırma zamanı baş verib. Qeyd olunur ki, son həftələrdə Faroni və həyat yoldaşı tərəfindən Cənubi Floridada ən azı dörd lüks əmlak alınıb. Bu alışların ümumi dəyəri 11 milyon dolları keçib.

Paralel olaraq, ABŞ Ədliyyə Nazirliyi, təşkilatla əlaqəli ABŞ bank sistemindən keçən bəzi pulların maliyyə fırıldaqçılığı cinayətlərinə səbəb olub-olmadığını müəyyən etmək üçün AFA-nın maliyyəsi ilə bağlı ilkin araşdırmanı davam etdirir. (Teleqraf)

Related Articles

Bir cavab yazın

Back to top button