Ölkə

Rusiyada yanacaq bazarındakı problemlər müvəqqətidir

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkə iqtisadiyyatı və əsas sahələr sabitliyini qoruyur.

AZERFAX.AZ xəbər verir ki, onun sözlərinə görə, yanacaq-energetika sektorunda vəziyyəti pozmağa yönəlmiş xarici cəhdlərə baxmayaraq, iqtisadiyyat dayanıqlıdır.

Putin qeyd edib ki, yanacaq bazarında yaranan problemlər müvəqqəti xarakter daşıyır və ölkənin ümumi iqtisadi artımına ciddi təsir göstərməyəcək.

O əlavə edib ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, may ayında ölkənin ümumi daxili məhsulu (ÜDM) 0,3 %, ilin ilk beş ayında isə 0,2 % artıb.

Prezidentin sözlərinə görə, iqtisadi artımın əsas səbəblərindən biri dövlət, biznes və əhalinin yaratdığı daxili tələbatdır.

Related Articles

Bir cavab yazın

Back to top button