AZERFAX TV
Fırtına İstanbulu bu hala saldı

Türkiyənin İstanbul şəhərində güclü fırtına müşahidə olunub.
AZERFAX.AZ xəbər verir ki, Esenler və Sarıyer rayonlarında fırtına zamanı bəzi binaların damları uçub.
Təbii fəlakət şəhərin digər ərazilərində də müxtəlif fəsadlara səbəb olub.
Xəsarət alanlar barədə isə məlumat yoxdur.
Qeyd edək ki, hava şəraiti səbəbilə şəhərdə hava limanlarının fəaliyyətində də müvəqqəti çətinliklər yaranıb. İstanbul Beynəlxalq Hava Limanına və Asiya hissəsindəki Sabiha Gökçen Hava Limanına yaxınlaşan bir neçə təyyarə eniş icazəsi alana qədər gözləmə zonalarında dövrə vurmağa məcbur olub.



