Arıqlamaq istəyənlər üçün əvəzolunmaz tərəvəz

Qabaq (kabaçki) aşağı kalorili və yüksək su tərkibli olduğu üçün arıqlamaq istəyənlərin rasionunda mühüm yer tutur.
AZERFAX.AZ “Qazeta.ru”ya istinadən xəbər verir ki, bunu rusiyalı diyetoloq Olqa Yamilova bildirib.
Onun sözlərinə görə, 100 qram təzə qabaqın tərkibində cəmi 24-27 kilokalori var. Tərəvəz toxluq hissi yaradır, eyni zamanda orqanizmə çox miqdarda kalori və yağ daxil olmasının qarşısını alır.
Mütəxəssis qeyd edib ki, qabaqın neytral dadı onu müxtəlif yeməklərdə istifadə etməyə imkan verir. Onu çiy halda salatlara əlavə etmək, sobada bişirmək və müxtəlif içliklərlə hazırlamaq mümkündür.
Diyetoloqun sözlərinə görə, kabaçki yalnız arıqlamaq istəyənlər üçün deyil, uşaqlar, yaşlılar və idmanla məşğul olan şəxslər üçün də uyğun tərəvəz hesab olunur.
Müəllif: Roza



