AZERFAX TV

Avqustun 15-dək günorta saatlarında açıq havada işləmək qadağan edildi

Son günlər Şimali Kiprdə hökm sürən anomal isti hava əmək şəraitinin pisləşməsinə səbəb olub.

AZERFAX.AZ xəbər verir ki, buna görə də avqustun 15-dək ölkə ərazisində hər gün saat 12:00-dan 16:00-dək açıq havada işləmək qadağan edilib.

Bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Əmək Nazirliyi qərar verib.

Nazirlik işəgötürənlərə iş gününün başlanğıcını daha erkən saatlara keçirməyi tövsiyə edib.

Qeyd edək ki, ölkədə havanın temperaturu bəzi ərazilərdə 43 dərəcəyə çatır. Analoji qadağa iyulun 22-dən avqustun 1-dək də qüvvədə olub.

Related Articles

Bir cavab yazın

Back to top button