AZERFAX TV
Avropa Liqası: “Qarabağ” – “Vestri” oyunu başladı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında ilk oyun başlayıb.
AZERFAX.AZ xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:00-da start götürüb. Matçı moldovalı baş hakim Roman Jitari idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 16-da İslandiyada olacaq.



