AZERFAX TV

Azərbaycan Ukraynaya beş avtobus göndərdi

Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində 5 sərnişin avtobusu təqdim edib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, bu avtobuslar Ukrayna icmalarının ehtiyacları üçün nəzərdə tutulub. Nazir qeyd edib ki, 2022-ci ildən etibarən Azərbaycan Ukraynaya 45 milyon dollardan çox həcmdə humanitar yardım göstərib.

Bu yardımlar arasında generatorlar, transformatorlar və enerji sisteminin fəaliyyətini təmin edən digər avadanlıqlar yer alıb. Həmçinin 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarında iştirak edib.

Sibiga Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun Ukraynanın möhkəmlənməsinə və inkişafına töhfə verdiyini vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button