AZERFAX TV

Azərbaycanda 9 ayda 911 milyon yumurta istehsal olundu

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub.

AZERFAX.AZ bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə quş əti istehsalı 17,2 min ton (+30,5 %), yumurta istehsalı isə 30,7 milyon ədəd (+3,4 %) artıb.

Quşçuluq müəssisələrində cəmi quşların sayı 13 milyon 214,8 min baş təşkil edib. Bu da illik müqayisədə 2 milyon 672,9 min baş və ya 25,3 % çoxdur.

Bundan başqa, hesabat dövründə quşçuluq müəssisələrində hər yumurtlayan toyuqdan orta hesabla 193 ədəd yumurta alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button