Ölkə

Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu

Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunublar.

AZERFAX.AZ Lent.az-a istinadən xəbər verir ki, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə də Masallı rayonlarında qeydə alınıb.

Hacıqabulda 2 nəfər olmaqla ümumilikdə 7 nəfər məktəblərin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək, ictimai asayişi pozublar. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirərək, hərəkətlərini dayandırmalarını desələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq əməllərinə davam ediblər.

Nəticədə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.

Ərazi üzrə məhkəmələrin qərarı ilə həmin şəxslərdən üçü 25, ikisi 10, biri 15 gün və digəri isə 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button