AZERFAX TV
Azərbaycanla Ermənistan arasında sülh bu tarixə qədər bağlanacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi imzalayıb təsdiqləməyə ümid edir.
AZERFAX.AZ xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumət və şəxsən Paşinyan üçün ən vacib məsələlərdən biridir.
“Mən şəxsi məqsəd, konkret bir cədvəl müəyyən etmişəm: bu məsələni 2031-ci ilə qədər həll etmək. Təbii ki, bu, həm də hökumətin və bütövlükdə siyasi komandamızın vəzifəsidir, amma Baş nazir kimi mən bunu şəxsi gündəliyim üçün də çox vacib hesab edirəm”, – deyə Paşinyan bildirib.
O əlavə etdi ki, belə bir ehtimal görür, əks halda bu məsələni qaldırmazdı.
Müəllif: Tural



