AZERFAX TV

Bəhreyndə hava hücumu xəbərdarlığı elan edildi

Bəhreyndə hava hücumu xəbərdarlığı elan edilib və sakinlərə təhlükəsiz yerlərdə sığınacaq axtarmaq tövsiyə edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi sosial mediada məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada deyilir: “Siren səsləri eşidilib. Vətəndaşları və sakinləri sakit olmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırırıq”.

Hava hücumu siqnalının səbəbi açıqlanmayıb.

Bir neçə saat əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) tərəfindən Hörmüz boğazının bağlanmasından sonra İrana qarşı yeni bir sıra zərbələr endiriləcəyini açıqlayıb.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button