AZERFAX TV

Bəhreyndəki ABŞ hərbi bazasına kütləvi zərbələr endirildi

İran ordusu Bəhreyn ərazisində yerləşən Amerika hərbi bazasına kütləvi zərbələr endirib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadla “Tasnim” informasiya agentliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, İran pilotsuz uçuş aparatları Bəhreyndəki “Şeyx-İsa” bazasında radiolokasiya obyektlərinə və ABŞ hərbi qulluqçularının toplaşdığı yerlərə hücum edib.

İran hərbçiləri vurğulayıblar ki, “Şeyx-İsa” Fars körfəzi regionunda Amerikanın ən mühüm bazalarından biridir, helikopterlərin və pilotsuz uçuş aparatlarının təmiri və texniki xidməti üzrə iri mərkəzdir.

Sentyabrın 2-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisindəki ABŞ hərbi bazasına endirilən zərbə nəticəsində çoxlu sayda Amerika əsgərinin məhv edildiyini bəyan edib. Öz növbəsində İordaniya Silahlı Qüvvələri ölkənin hava məkanına daxil olan 13 ballistik raketin hücumunun hava hücumundan müdafiə vasitələri tərəfindən dəf edildiyini bildirib.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button