AZERFAX TV

Bağlı qapılar arxasında görüş – Braziliya lideri Trampdan nəyi xahiş edib?

ABŞ Prezidenti Donald Tramp və Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın Ağ Evdəki danışıqları mətbuat üçün qapalı formatda keçib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti məlumat verir.

Ağ Ev tərəfindən dərc olunan qrafikə əsasən, səfər və danışıqlar ilkin olaraq bu səviyyəli ikitərəfli görüşlərdə adətən edildiyi kimi mətbuatın iştirakını nəzərdə tuturdu. Məlumata görə, açıq keçirilməli olan görüş Lulanın xahişi ilə qapalı formata keçirilib.

“Braziliyanın enerji dolu Prezidenti Luis İnasio Lula da Silva ilə görüşüm indicə başa çatıb. Biz bir çox mövzuları, o cümlədən ticarəti və tarifləri müzakirə etdik. Görüş çox yaxşı keçib. Nümayəndələrimiz bəzi əsas məsələləri müzakirə etmək üçün görüşməyi planlaşdırırlar. Yaxın aylarda, ehtiyac yarandıqca əlavə görüşlər planlaşdırılacaq”, – Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.

Bundan əvvəl Ağ Evin mətbuat xidməti Braziliya liderinin kortejinin Vaşinqton vaxtı ilə saat 11:21-də Trampın iqamətgahına gəldiyini bildirmişdi. ABŞ prezidenti qonağı Cənub çəmənliyində şəxsən qarşılayıb, daha sonra liderlər əl sıxaraq danışıqlara başlamaq üçün Oval kabinetə keçiblər.

Yanvar ayında Lula da Silva Trampı “yeni” Birləşmiş Millətlər Təşkilatı formalaşdırmaq niyyətində olmaqda ittiham etmişdi. Braziliya liderinin sözlərinə görə, Ağ Ev rəhbəri həmin yeni struktura təkbaşına sahiblik edəcək.

Hüseyn İbadlı

Related Articles

Bir cavab yazın

Back to top button