AZERFAX TV

Bakıda 11 marşrutun dayanacaqlarda hərəkəti dəyişdirilir

Bakının Puşkin küçəsinin Xaqani küçəsi ilə kəsişməsindən Nizami küçəsi ilə kəsişməsinədək olan hissəsində 11 marşrut üzrə avtobusların bəzi dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.

Bu barədə AZERFAX.AZ-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

AYNA-dan bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar həmin yol sahəsində yerləşən dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsində çətinliyin yaranacağı nəzərə alınaraq avqustun 10-da 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar bu dayanacaqlarda saxlamayacaq.

Qeyd olunub ki, avqustun 11-dən etibarən sözügedən marşrutlar əvvəlki qayda ilə sərnişinlərə xidmət göstərəcək.

Related Articles

Bir cavab yazın

Back to top button