Ölkə

Arda Güler üçün 115 milyonluq təklif

“Real Madrid”in türkiyəli ulduzu Arda Güler karyerasını Fransada davam etdirə bilər.

AZERFAX.AZ xəbər verir ki, bu iddia ilə İspaniya mediası çıxış edib. Xarici KİV Fransa nəhəngi PSJ-nin 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq üçün hərəkətə keçdiyini yazıb. Tərəflər arasında danışıqların başladığı və Fransa klubunun Ardanın transferi üçün 115 milyon avro təklif etdiyi açıqlanıb.

Məlumatda “Real Madrid” rəhbərliyinin bu təklifə isti yanaşdığı qeyd olunur. Baş məşqçi Joze Maurinyo ilə “ulduzu barışmayan” Ardanın da PSJ-nin formasını geyinməyə həvəs göstərdiyi deyilir.

Qeyd edək ki, Arda Gülerin İspaniya klubu ilə müqaviləsinin vaxtı 2028-ci ildə başa çatacaq.

Related Articles

Bir cavab yazın

Back to top button