AZERFAX TV

Bakıda məhkumun gizlətdiyi tapança aşkarlandı

Bakının Xətai rayonunda məhkumun gizlətdiyi tapança aşkarlanıb.

Bu barədə AZERFAX.AZ-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə və Daxili İşlər nazirliklərinin keçirdiyi birgə əməliyyat-axtarış tədbiri nəticəsində Penitensiar xidmətin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Şahin Səmədov küçəsi 25 ünvanında, dəmir yol xəttinin yaxınlığında gizlədilən “Makarov PM” markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Back to top button