AZERFAX TV

Bakıda sıxlığın qarşısını almaq üçün gözlənilməz

Binəqədi şossesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində yol hərəkətinin təşkilində dəyişiklik ediləcək.

AZERFAX.AZ xəbər verir ki, Binəqədi rayonu ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə aparılan araşdırmalar zamanı qeyd olunan kəsişmələrdə, xüsusilə günün pik saatlarında nəqliyyat sıxlığının yarandığı müəyyən edilib.

Sıxlığın azaldılması və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə ərazidə hərəkət zolaqlarının sayı artırılacaq, yol nişanları və nişanlanma xətləri yenilənəcək.

Həmçinin Əttarlar küçəsindən yalnız sağa hərəkət etmək mümkün olacaq.

Bundan əlavə, işıqforların iş rejimi optimallaşdırılacaq və əsas istiqamətdə yaşıl işığın müddəti artırılacaq.

Görüləcək tədbirlərin nəqliyyatın daha rahat və fasiləsiz hərəkətinə, eləcə də ərazidə yaranan sıxlığın azaldılmasına imkan verəcəyi bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button