Bakıda yaşayış binasındakı yanğın söndürüldü

Xəbər verdiyimiz kimi, Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
AZERFAX.AZ xəbər verir ki, yanan mənzildən xilas edilən şəxs Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Hadisə yerinə cəlb edilən FHN əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yanğın digər mənzillərə keçmədən söndürülüb.
xxx
21:53
Bakıda “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən “Tikmat” inşaat şirkətinə məxsus çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
Bu barədə AZERFAX.AZ-ın hadisə yerində olan əməkdaşı xəbər verir.
Məlumata görə, bina sakinlərindən biri mənzildə olduğu halda evi yandırıb. Hazırda həmin şəxs xilas edilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının söndürülməsi stiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.
Akqabay Mıradov



