Blogerin əri ilə birgə atdığı çəki diqqət çəkdi

“Baylarsoylar” ləqəbi ilə tanınan bloqer Arifə Məmmədova son görünüşü ilə sosial şəbəkələrdə maraq doğurub.
AZERFAX.AZ xəbər verir ki, izləyicilərin diqqətini ən çox cəlb edən məqam isə bloqerin həyat yoldaşı ilə birlikdə xeyli çəki ataraq tamamilə fərqli görünüş qazanması olub.
Məlumata görə, Arifə Məmmədova 75 kiloqramdan 58 kiloqrama düşərək 17 kiloqram arıqlayıb. Onun həyat yoldaşı isə 105 kiloqramdan 81 kiloqrama enərək 24 kiloqram çəki atıb.
Cütlüyün son görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər onların keçirdiyi böyük dəyişimi yüksək qiymətləndirərək paylaşımın şərh bölümünə çoxsaylı rəylər yazıblar.
Arifənin yeni görünüşü və sağlam həyat tərzinə keçidi izləyicilər tərəfindən maraqla qarşılanıb.(Milli.Az)



