Bu bölgəyə 2500 əsgər yerləşdirdi

İsrail Sürətli Müdafiə Qüvvələri adı altında Cənubi Kiprə 2500 əsgər yerləşdirib.
AZERFAX.AZ xəbər verir ki, bunu türkiyəli professor Mehmet Hasgüler “Haber7”yə açıqlamasında bildirib.
O vurğulayıb ki, İsrail Türkiyəyə qarşı təhdidlərini artırmağa davam edir: “Qərb gücləri əvvəlcə Kipr yunanlarını Aİ üzvü etməklə problemi avropalaşdırdılar. İndi isə İsrail bu anti-Türkiyə siyasətinə əlavə edilib. Müəyyən mənada avropalaşmış Kipr indi İsrailə bənzəməyə başlayır. Təkcə bu vəziyyət belə Kiprdəki status-kvonu pozmaq üçün kifayətdir”.
Professorun sözlərinə görə, İsrail vətəndaşları tərəfindən adada torpaq alınması artıq elə həddə çatıb ki, yalnız onların yaşadığı kəndlər formalaşıb və kiprlilərin həmin ərazilərə daxil olmasına icazə verilmir.
“Bu gedişlə Kipr İsrailin müstəmləkəsinə çevriləcək. Unutmaq olmaz ki, Türkiyə mövcud müqavilələr çərçivəsində bütün Kipr Respublikası üçün məsuliyyət daşıyır. Son üç ildə İsrail, Yunanıstan və Cənubi Kipr hər sahədə bir millət kimi davranırlar. Onları bir araya gətirən yeganə səbəb isə Türkiyə qorxusudur”.
Müəllif: Roza



