AZERFAX TV

Bu burgerlərdə donuz əti aşkar edildi

Rusiyanın Sankt-Peterburq şəhərində “Azbuka Vkusa” mağazasında satılan PRIMEBEEF markalı “Steykburger Light” məhsulunda donuz və toyuq DNT-si aşkar edilib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Bildirilib ki, məlumat ekspertizadan sonra üzə çıxıb. Araşdırma nəticəsində məhsulun tərkibinin etiketdə göstərilən məlumatlara uyğun olmadığı müəyyən edilib. Hadisədən sonra Rospotrebnadzor istehsalçıya rəsmi xəbərdarlıq edib.

Mütəxəssislərin sözlərinə görə, başqa heyvan mənşəli DNT izləri istehsal prosesində istifadə olunan avadanlıqlar vasitəsilə məhsula qarışa bilər. Lakin bunun qarşısını tam almaq üçün istehsalda ayrı sexlər və tam təcrid olunmuş istehsal xətləri olmalıdır.

Müəllif: Roza

Related Articles

Bir cavab yazın

Back to top button