AZERFAX TV

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək

Ermənistan hökuməti Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yollarını öz vəsaitləri hesabına bərpa edəcək.

AZERFAX.AZ xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Şirak vilayətində keçirilən seçkiqabağı görüşdə bildirib.

Paşinyanın sözlərinə görə, yaxın vaxtlarda Ermənistan tərəfi Gümrü-Axurik və Axurik–Türkiyə sərhədi istiqamətində bərpa işlərinə başlayacaq.

“Türkiyə tərəfində işlər artıq başlayıb və dəmir yolu açılacaq. Biz də Yerask qovşağının yenidən qurulmasına başlayacağıq. Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək. Baxmayaraq ki, konsessiya müqaviləsi var, investisiyanı biz edəcəyik, dəmir yolunu təmir edib bərpa edəcəyik və xətt istifadəyə veriləcək”, – Paşinyan deyib.

Qeyd edək ki, 2008-ci il fevralın 13-də Yerevanda “Rusiya Dəmir Yolları” şirkəti ilə Ermənistan hökuməti arasında ölkənin dəmir yolu sisteminin “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinin idarəçiliyinə verilməsi barədə konsessiya müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, idarəetmə müddəti 30 il nəzərdə tutulub və qarşılıqlı razılıq əsasında daha 10 il uzadıla bilər.

Related Articles

Bir cavab yazın

Back to top button