AZERFAX TV
Bu ölkə vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

İyunun 6-dan İsveçdə vətəndaşlıq almaq üçün daha sərt qaydalar qüvvəyə minəcək.
AZERFAX.AZ xəbər verir ki, bu qaydalar bütün müraciət edənlərə, hətta bir neçə il əvvəl müraciət edənlərə də şamil ediləcək.
Yeni qaydalara görə, vətəndaşlıq almağa görə müraciət üçün minimum yaşayış müddəti beş ildən səkkiz ilə qədər artırılır. Həmçinin 16 yaşdan yuxarı şəxslər üçün İsveç dili və sosial elmlərdən məcburi imtahanlar da tətbiq olunur. Onların tətbiqi oktyabrın 1-nə qədər təxirə salına bilər. Əlavə olaraq, gəlirlə bağlı tələb müəyyən edilir – ildə ən azı 241 800 kron (təxminən 22 min dollar), eləcə də ədəbli həyat tərzi meyarları sərtləşdirilir.



