Casusluqda ittiham olunan hərbçi məhkəmə qarşısında: Rusiyaya işləyirmiş

Böyük Britaniyada Kral Dəniz Qüvvələrinin xidmətdə olan hərbçisi məhkəmə qarşısına çıxarılıb.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
24 yaşlı Teddi Yanq Rusiya hökuməti üçün kəşfiyyat məlumatı toplamaqda ittiham olunur. Müstəntiqlər onun yüksək səviyyəli təhlükəsizlik icazəsinə malik olduğunu və 2024-cü ilin noyabrından 2025-ci ilin mayına qədər casusluq fəaliyyəti ilə məşğul olduğunu iddia edirlər.
Həbs olunmazdan əvvəl Yanq Hərbi Dəniz Kəşfiyyat Agentliyində xidmət etmişdi. Prokurorlar məhkəmədə onun məxfi müdafiə və kəşfiyyat materiallarına çıxışı olduğunu, onların surətini çıxarıb və saxladığını bildiriblər. Prokurorluğun iddiasına görə, o, həmçinin məxfi məlumatları xarici hökumətə ötürməyə hazırlaşıb və əldə edilən məlumatları rus dilinə tərcümə edib.
Müəllif: Tural



