AZERFAX TV
Ceyk Polun cazibədar nişanlısı elə FOTOLAR paylaşdı ki…

Azarkeşlər tərəfindən dünyanın ən gözəl idmançılarından biri hesab edilən niderlandlı konkisürən Yutta Lerdam sosial mediada yeni fotoları ilə yenidən pərəstişkarlarının diqqətini çəkib.
AZERFAX.AZ xəbər verir ki, idmançı Nyu-Yorkda son günlərini necə keçirdiyini bölüşüb. Şəkillərdə Lerdam metropol küçələrində dəbli geyimlərdə poza verir, sevimli itini gəzdirir, nişanlısı, məşhur amerikalı boksçu və bloger Ceyk Pol ilə sosial tədbirlərdə iştirak edir və dəbdəbəli restoranda şam yeməyindən fotolar paylaşır.
Fotolarda idman elementi də var. Yutta idman zalından bir neçə şəkil paylaşaraq, hətta tətil zamanı belə məşqləri unutmadığını nümayiş etdirib.



