AZERFAX TV

Çindən avtomobillərlə bağlı görünməmiş geriçağırış

Çinin tənzimləyici şirkətləri 11 elektromobil istehsalçısına təxminən 3 milyon nəqliyyat vasitəsini əhatə edən görünməmiş geriçağırış tədbirləri aparmağı əmr edib. Bu şirkətlərə məşhur “Tesla” və “Xiaomi” də daxildir.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Çinin Dövlət Bazar Tənzimləmə İdarəsinin məlumatına görə, avtomobillərin belə kütləvi şəkildə geri çağırılmasına səbəb qəza zamanı qapının açılmasına aid sistemlərdəki qüsurlar olub.

Məlum olub ki, gizli qapı tutacaqları ilə bağlı şikayətlər artıb. Belə ki, qəza halında onların əlçatanlığı çətinləşir və aktivləşdirmə metodu isə problemə çevrilir ki, bu da təxliyə zamanı risklər yaradır. Ən böyük geri çağırış “Tesla”da olacaq: təxminən 2,98 milyon 3, Y, S və X modeli olan elektrik avtomobili yoxlanılmalıdır. Şirkət tutacaqlara xəbərdarlıq etiketləri yapışdıracaq və avtomatik pəncərə endirmə sistemi əlavə edəcək. Geriçağırma kampaniyası “Tesla” ilə yanaşı, “Xiaomi”, “Leapmotor”, “Xpeng”, “Zeekr”, “Lynk & Co” və digər şirkətləri də əhatə edib. Bəzi brendlər üçün bu, tarixdə ən böyük geri çağırış olacaq.

Qeyd edək ki, “recall” adlanan bu proses avtomobil istehsalçısının istehsal xətası və ya təhlükəsizlik problemi üzündən maşınları pulsuz təmir üçün servisə geri çağırmasıdır.

Müəllif: Tural

Related Articles

Bir cavab yazın

Back to top button