ÇL-də ən güclü rəqiblər “Sabah”a düşüb: “Opta” hesabladı

Çempionlar Liqası mərhələsinin püşkatmasından sonra artıq hər komanda səkkiz rəqibini tanıyır.
AZERFAX.AZ xəbər verir ki, hər komandanın rəqiblərinin gücünü mümkün qədər obyektiv qiymətləndirmək üçün analitiklər dünya üzrə təxminən 16.000 komandanı vahid şkala üzrə sıralayan “Opta” reytinqinə müraciət ediblər.
Hər komanda üçün səkkiz rəqibinin orta reytinqi hesablanıb – xal nə qədər yüksək olarsa, rəqiblər bir o qədər çətin olar.
“Ştutqart”aq ən asan rəqiblər düşüb. Almaniya klubunun orta rəqib reytinqi 88.9 olub. 1-ci səbətdəki komandalar arasında “İnter”də əlverişli rəqiblərlə düşüb – 89.5.
“Fənərbağça”nın da narazılıq etməyə haqqı yoxdur. İstanbul nəhənginin özünə bab rəqibləri onları 3-cü pilləyə qoyub – 89.6.
“Opta”nın hesablamasına görə, ən güclü rəqiblər “Sabah”a düşüb – 92,2.
Böyük komandalar arasında “Mançester Siti” çətin anlar yaşayacaq: rəqiblərinin orta reytinqi 91,7-dir.



